Türkiyədə son sutka ərzində 91 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda 5647 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 5 milyon 293 min 627, pandemiya qurbanlarının sayı isə 48 min 255 nəfərə çatıb.
Türkiyədə indiyədək 5 milyon 167 min 350 pasiyent (son sutkada 6576 nəfər) sağalaraq evə buraxılıb.