"Azərbaycan iqtisadiyyatının bərpası sürətlə davam edir".
Unikal.org xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
"Bu ilin yanvar-may aylarında qeyri-neft ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 25,4% artaraq 908 mln dollar təşkil edib. 5 ayda ümumi ixracın dəyəri isə illik müqayisədə 14,6% artıb", - deyə o, qeyd edib.