ABŞ-ın Vaşinqton ştatının spirtli içkilər və narkotik vasitələr üzrə satış şurası lisenziya ilə marixuana satan mağazalarda yaradılacaq xüsusi otaqlarda koronavirusa qarşı peyvənd edilən insanların narkotik vasitə almasına icazə verəcək.
Unikal.org xəbər verir ki, bu barədə “USA Today” məlumat yayıb.
Bundan əvvəl, həmin şura 21 yaşdan yuxarı peyvənd olunan insanlara pulsuz kokteyl, şərab və ya pivə verilməsi barədə qərar qəbul edib.
Məlumata görə, artıq şuraya lisenziya ilə narkotik vasitə satan şəxslərdən müraciətlər daxil olub.