Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan baş nazir vəzifəsini icra edən Nikol Paşinyan barədə vəd etdiyi faktları açıqlayıb.
Unikal.org xəbər verir ki, “Qraparak” qəzeti öz mənbələrinə istinadən səs yazısının 2019-cu ilin noyabr ayına aid olduğunu yazıb.
Bildirilir ki, səs qeydi Paşinyanın Qarabağ separatçısı Araik Arutyunyanın partiyasının üzvləri ilə görüşü zamanı yazılıb. Görüşdə iştirak edən separatçılardan biri səsi yazaraq, Sarkisyana ötürüb.
Belə ki, Sarkisyan həmin qeyddən çıxış edərək Paşinyanı müharibəyə təhrik etməkdə günahlandırıb. Belə ki, Paşinyan səsyazısında 2018-ci ilin mayında Soçidə Rusiya, Qazaxıstan və Belarus liderləri ilə görüşün bəzi detallarından danışır. Bu görüşdəki müzakirə Qarabağ problemi ilə bağlı olub.
“Orada qəhvə içmək üçün bir yer var idi. Putin, Nazarbayev, Lukaşenko həmin yerə gəldilər, mənə dedilər: xalq sənə o qədər çox güvənir və s. İndi Qarabağ məsələsini həll etmək üçün tarixi bir şansın var. Cavab verdim: yaxşı, indi tarixi bir şans olduğunu başa düşürəm, amma qərar vermək nə deməkdir? Mənə hansısa yazılı "Lavrov planı"ndan danışırlar: qoşunlar geri çəkilir, hətta bir milçək də ora uça bilməz. Mən dedim ki, statusu müəyyən etmədən, bu, müzakirə mövzusu belə ola bilməz".
Sarkisyanın fikrincə, söhbətdən belə çıxır ki, Paşinyan danışıqları pozub və bununla müharibəyə təhrik edib.