Rusiya Şimali Makedoniya səfirliyinin bir əməkdaşını ölkədən çıxarır.

Unikal.org xəbər verir ki, 10 iyun tarixində Şimali Makedoniyanın Moskvadakı müvəqqəti işlər vəkili Oliver Çauşevskaya-Dimovskaya Rusiya Xarici İşlər Nazirliyinə dəvət edilib və burada səfirliyin bir diplomatının persona non-qrata elan edilməsi barədə nota təqdim olunub.

"Bu tədbir Şimali Makedoniya tərəfinin may ayında Rusiya səfirliyinin diplomatını persona non-qrata elan etməsinə dair əsassız qərara cavabdır", - XİN-dən bildirib.