Ermənistanda növbədənkənar parlament seçkiləri öncəsi siyasi gərginlik davam edir. Belə ki, seçkiöncəsi təşviqat kampaniyalarında siyasi qüvvələr bir-birini ifşa edir, opponentlər hətta təhqirlər yağdıraraq ailə məsələlərini belə gündəmə daşıyırlar.
Unikal.org erməni mətbuatına istinadən xəbər verir ki, ölkənin ilk prezidenti, "Erməni Milli Konqresi" partiyasının lideri Levon Ter-Petrosyan çıxışı zamanı baş nazir vəzifəsini icra edən Nikol Paşinyanı aşağılayıb.
"Hətta ailəsi də Nikol Paşinyanla normal münasibət qura bilmir", - deyə Ter-Petrosyan bildirib.