“2020-ci il Azərbaycan tarixində bir sıra vacib hadisələrlə yadda qalacaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü təmin olundu”.
Unikal.org-un xəbərinə görə, bunu Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, bu il Konstitusiya Aktının qəbul edilməsinin 30 ili tamam olur: “Biz bu zalda Azərbaycanın müstəqilliyini elan etmişik. Təklif edirəm ki, Azərbaycanın müstəqilliyinin 30 illiyi ilə bağlı hökumət tərəfindən tədbirlər planı hazırlansın. Mən Milli Məclis rəhbərliyindən də bu məsələyə diqqət yetirilməsini təklif edirəm”.