Ermənistanın sabiq yüksək texnologiyalar sənayesi naziri Akop Arşakyan seçki kapmaniyası apararkən döyülüb.
Unikal.org xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Qeyd edilir ki, Arşakyanla yanaşı Nikol Paşinyanın partiyasından olan bir neçə şəxs də xəsarət alıb.
"Hadisə "Kanaker SES" ərazisində baş verib. Yaşlı bir kişi onlara yaxınlaşaraq bu ərazidə broşurlar yaymamağı tapşırıb. Arşakyanın rəhbərlik etdiyi partiya üzvləri qocanı bu davranışına görə, təhqir ediblər. Bölgədə yaşayan bir neçə gənc insidentə müdaxilə edərək Paşinyanın təbliğatçılarını döyüblər",- deyə erməni KİV-ləri yazıb.