Rusiyanın Qara Dəniz Donanmasının aviasiyası zenit raket alayı ilə birlikdə Krımda hərbi təlimlərə başlayıb.

Unikal.org  “RİA Novosti”yə istinadən xəbər verir ki, təlimlər ABŞ eskadriya gəmisinin Qara dəniz akvatoriyasına gözlənilən girişi fonunda baş tutub.

ABŞ-ın 6-cı donanmasının əvvəlcədən xəbər verdiyi kimi, “Arli Berk” tipli və “Labun” gəmisinin dənizdə təhlükəsizliyi təmin etmək məqsədilə əməliyyatlar aparmaq üçün Aralıq dənizindən Qara dənizə keçidinə başlanılıb. Bu sinif gəmilər qanadlı raketlər ilə yanaşı, raket əleyhinə SM-3 kompleksi ilə silahlanıb.