Rusiyada son sutka ərzində daha 13 510 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub. Bu, cari ilin fevralın 15-dən ən maksimal göstəricidir.

Unikal.org xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 5 193 964 nəfərə çatıb.

Son sutka ərzində 399 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə, koronavirusdan ölənlərin sayı 126 073 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.