“Azərbaycan və Ermənistanın humanitar jestlərini – saxlanılanların azad edilməsi və minalanmış ərazilərin xəritələrinin verilməsini alqışlayıram”.
Unikal.org xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, bu, iki ölkə arasında etimadın bərpası istiqamətində atılan ilk addımdır: “Avropa İttifaqı bu prosesi dəstəkləyib və irəliləyişin əldə olunması üçün köməyini təklif etməkdə davam edəcək”.
Qeyd edək ki, 2021-ci il iyunun 12-də Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib. Bunun müqabilində 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.