Suriyada YPG/PKK terror təşkilatı Hələb şəhərinin Afrin rayonuna ard-arda 2 raket zərbəsi endirib.
Unikal.org xəbər verir ki, terrorçular hədəf olaraq rayonun mərkəzində yerləşən xəstəxananı seçib.
Hücum nəticəsində 19 nəfər ölüb, 40-dan artıq insan isə yaralanıb.
Raket zərbələri ətrafdakı binalara da böyük ziyan vurub.