Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. Avtomobil maşın bazarının yaxınlığında yolu keçən 1996-cı il təvəllüdlü Qurbanova Xəyalə Yasin qızını vuraraq, ağır xəsarət yetirib. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq, X.Qurbanovanın həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin təfərrüatı araşdırılır.(report.az)






























.jpg)
.jpeg)








.jpg)
















