"Ermənistanda hazırki hökumətə rəhbərlik edən şəxslər hakimiyyətə konkret şüarlarla gəldilər. Ancaq nəticə sıfır oldu, heç nə etmədilər".
Unikal.org xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Koçaryan deyib. Onun sözlərinə görə, hakimiyyətin günahı başqalarına yükləməkdən başqa çarəsi yoxdur və bu mövzuda onlar "usta"dırlar.
"Bu hakimiyyətin nümayəndələri özlərini mütəxəssis kimi təsəvvür edərək bütün sahələri - ordu, kənd təsərrüfatı, iqtisadiyyatı məhv etdilər. İnsanları bu hökuməti (Nikol Paşinyan hökuməti-red) rədd etməyə və mövcud böhranın öhdəsindən gələ biləcək bir komandaya, çempionlar komandasına səs verməyə çağırıram",- deyə Koçaryan bildirib.