ABŞ-ın Texas ştatının Austin şəhərində baş verən silahlı insident zamanı ağır güllə yarası alan şəxs xəstəxanada dünyasını dəyişib.
Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər polisinin yaydığı məlumatda bildirilib.
Xatırladaq ki, iyunun 13-də baş verən hadisə zamanı 14 nəfər yaralanıb. Polis şübhəli şəxs qismində bir nəfəri saxlayıb. Hadisənin motivləri barədə hələlik məlumat verilməyib.