Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 967 yoluxma halı qeydə alınıb.

Unika.org-un məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 402 239, ölənlərin sayı isə 4 160 nəfərə çatıb.

Bildirilir ki, ötən gün koronavirusdan 811 nəfər, hazırkı dövrədək isə 377 642 nəfər sağalıb.