Bu gün Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın tərəfdarlarının İrəvanda keçirdiyi yürüş insidentlə başa çatıb.
Unikal.org erməni KİV-lərinə istinadla xəbər verir ki, yürüş zamanı Paşinyanın tərəfdarları ilə müxalif "Çiçəklənən Ermənistan" partiyasının nümayəndələri arasında mübahisə yaranıb. Tərəflər sonda yumruq davasına çıxıblar. Qarşıdurmaya polis əməkdaşları müdaxilə edib.
Qeyd edək ki, “Çiçəklənən Ermənistan” partiyasının sədri iş adamı Qaqik Tsarukyandır.