Türkiyənin Aydın şəhərində zəlzələ olub.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Aydının Quşadası rayonunda meydana gələn zəlzələ 3,4 bal gücündə olub.
Tələfat və dağıntı qeydə alınmayıb.