Koronavirusun episentri Hindistanda ortaya çıxan qara göbələk (mukormikoz) xəstəliyinin sayı günü-gündən artır.
Unikal.org xəbər verir ki, ölkənin Jarkand əyalətində qısa müddətdə qara göbələk (mukormikoz) xəstəlik sayının artması səbəbindən "epidemiya" elan edilib. Belə ki, əyalətdə təxminən 130 nəfərdə qara göbələk infeksiyasın rast gəlinib.
Qeyd edək ki, infeksiya ən çox burun, göz və beyinə təsir edir. Həkimlər virusun qarşısını almaq üçün insanların gözlərini belə çıxardırlar. İndiyənədək ölkədə 200-dən çox insan qara göbələkdən dünyasını dəyişib.