Biz Cənubi Qafqazın sabitlik və sülh regionu olmasını istəyirik.
Unikal.org-un məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O xatırladıb ki, qəhrəman Azərbaycan ordusu 30 il işğal altında qalmış torpaqları 40 gündən çox davam etmiş mübarizə nəticəsində azad edib:
"Azərbaycan uzun illər bu problemin diplomatik yolla həlli üçün səbr edib. Biz Cənubi Qafqazın sabitlik və sülh regionu olmasını istəyirik. Bundan ən çox Ermənistan və onun xalqı faydalanacaq. Ermənistan illərlə özünü təcrid edib, öz səhvləri ucbatında qonşularla münasibətləri pisləşdirib. Ümid edirəm ki, Ermənistan bütün bunlardan dərs alacaq, regionda sülh və sabitlik hökmran olacaq".