Braziliyada son 24 saat ərzində koronavirus (COVID-19) infeksiyasına 85 861 yeni yoluxma faktı qeydə alınıb.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, son sutkada koronavirusdan 2 673 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 17 629 714 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 16 030 601 nəfər müalicə olunaraq sağalıb, 493 837 nəfər vəfat edib.