Ermənistan müdafiə naziri vəzifəsini icra edən Vaqarşak Arutyunyan rusiyalı həmkarı, ordu generalı Sergey Şoyqu ilə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin həlli yollarını müzakirə edib.

Unikal.org  xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, tərəflər Rusiya sərhədçilərinin Ermənistan-Azərbaycan sərhədinin Zəngəzur və Qekarkunik bölgələrindəki hissələrinə yerləşdirilməsi məsələsini müzakirə ediblər.