Almaniyada sol radikallarla qarşıdurma zamanı 60 polis müxtəlif dərəcədə ağır bədən xəsarəti alıb.

Unikal.org xəbər verir ki, bu barədə DPA agentliyi yerli hakimiyyət orqanlarının nümayəndələrinə istinadən məlumat yayıb.

İğtişaşa səbəb müxtəlif solçu birliklərin yaşadığı çoxmərtəbəli mənzilin alman hökuməti tərəfindən sökülmə planıdır. Qeyd olunur ki, bir neçə ildir rəsmi şəxslər solçu birlikləri köçürməyə çalışır, lakin radikalların müqaviməti ilə qarşılaşırlar.