Türkiyənin Tekirdağ ərazisində ölümlə nəticələnən hadisə baş verib.
Unikal.org xəbər verir ki, boşanma mərhələsində olan qadın 2 yaşlı qızını götürərək, atası evinə köçüb. Belə ki, son günlərdə övladına fikir verməyən qadın dəhşətli əmələ əl atıb. Ana qızının ağlama səsinə tab gətirməyərək, onu yaşadıqları mənzilin 2-ci mərtəbəsindən atıb. Azyaşlı qısa zamanda xəstəxanaya aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.
Cani ana isə həbs olunaraq, polis bölməsinə aparılıb. Ümmühan Dumanlıoğlu adlı qadın barəsində qətimkan tədbiri seçilib.