Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 21-də ATƏT-in Baş katibi Helqa Şmidlə görüşəcək.

Unikal.org xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib. Onun sözlərinə görə, görüş Moskvada baş tutacaq.

“Tərəflər regional münaqişələrin həllində ATƏT-in rolunu müzakirə edəcəklər. Qarabağ məsələsi, Ukrayna, Dnestreyanı mövzular ətrafında fikir mübadiləsi aparılacaq”, - M.Zaxarova qeyd edib.