İstanbulda xəstəxanaların birində bədbəxt hadisə yaşanıb.
Unikal.org xəbər verir ki, 28 yaşlı B.Y. adlı gənc Kadıköydəki xəstəxanaların birində cinsiyyət əməliyyatından sonra həyatını itirib. Belə ki, əməliyyatdan çıxandan sonra vəziyyəti ağırlaşan oğlanı həkimlər qurtara bilməyib. Övladının itkisi ilə barışmayan ata əməliyyatı girən həkimi və tibb bacılarını polisə şikayət edib. H.Ö. adlı həkim oğlanın ölümünə səbəb olmadığını və gəncin öz istəyilə əməliyyat keçirdiyini əsaslanan yazılı sənəd göstərib.
Bildirib ki, gənc əməliyyata girməmişdən öncə həyati durumu ilə bağlı yazılı sənəd qoyub. Lakin aparılan araşdırmada məlum olub ki, yazılı sənəd saxtadır. Bundan sonra həkim və əməliyyatda iştirak edən tibb işçiləri saxlanılıb. Onların 6 ilə qədər həbsi istənilir.
Faktla bağlı araşdırma davam etdirilir.