“GALLUP” beynəlxalq sorğu mərkəzi Ermənistanda iyunun 20-də keçiriləcək erkən parlament seçkiləri ilə bağlı sonuncu sorğunun nəticələrini açıqlayıb.
Unikal.org erməni KİV-lərinə istinadən xəbər verir ki, sorğunun nəticələrini mərkəzin Ermənistandakı nümayəndəsi Aram Navasardiyan təqdim edib.
"2021-ci il iyunun 20-də keçiriləcək erkən parlament seçkilərində hansı partiyaya və ya bloka səs verəcəksiniz?", - sualına respondentlərin cavabları belə olub:
Sabiq prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku – 28,7 %
Baş nazir vəsifəsini icra edən Nikol Paşinyanın "Vətəndaş razılaşması" partiyası 25,2%
Sabiq prezident Serj Sarkisyanın "Respublika" partiyası və Milli Təhülkəsizlik Xidmətinin keçmiş direktoru, "Vətən" partiyasının sədri Artur Vanetsiyanın "Şərəfim var" bloku 10,8% və s.