Yəməndə 3 ayrı cinayət hadisəsi üzrə edam hökmləri icra olunub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 40 yaşlı Əli əl-Nami, 38 yaşlı Abdullah Əl-Məxali və 33 yaşlı Məhəmməd Ərman uşaqları gənc yaşlarında qətlə yetirdikləri üçün edam ediliblər.
Yerli məhkəmənin qərarı ilə ölüm hökmü açıq havada və insanların gözü qarşısında icra olunub. Belə ki, məhkumlar təhlükəsizlik işçiləri tərəfindən paytaxt Sənada yerləşən "Təhrir" meydanında odlu silahdan açılan atəşlə edam olunublar.