Moskva Dağlıq Qarabağdakı vəziyyəti sabitləşdirmək üçün Ankara, Bakı və İrəvanla sıx təmasdadır.

Unikal.org  xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Ankara, Bakı və İrəvanla sıx təmasdayıq və hesab edirik ki, hər hansı bir addım Qafqazda vəziyyəti daha da sabitləşdirməyə, infrastrukturu, nəqliyyat logistikasını inkişaf etdirməyə, ümumiyyətlə vəziyyəti düzəltməyə kömək edə bilər. Ümumiyyətlə gərginliyin artmasına səbəb ola biləcək hər hansı bir element olmamalıdır”, - Peskov vurğulayıb.