Türkiyənin aparıcı şirkətlərindən olan "Zorlu Holding"lə Anlaşma Memorandumu imzalanıb.
Unikal.org xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Feysbuk hesabında yazıb.
M.Cabbarov bildirib ki, yeni əməkdaşlıq platforması Azərbaycan iqtisadiyyatının bir sıra sahələrinə, o cümlədən tekstil sənayesinə sərmayə qoyuluşuna, qardaş ölkə ilə iqtisadi əlaqələrimizin daha da möhkəmlənməsinə töhfə verəcək: "Həyata keçiriləcək layihələr müasir texnologiyaların tətbiqinin genişlənməsinə, yeni iş yerlərinin açılmasına əlavə imkanlar yaradacaq".