Azərbaycanın strateji valyuta ehtiyatları qalıqlı tədiyyə balansı şəraitində 52,3 milyard ABŞ dollarına çatıb.
Unikal.org xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, bu, ilin əvvəli ilə müqayisədə təxminən 1,5 milyard dollar və yaxud 2,8% çoxdur.