İkinci Qarabağ müharibəsi zamanı ölmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb.
Unikal.org erməni KİV-lərinə istinadən xəbər verir ki, cəsəd Füzuli rayonu ərazisində aşkarlanıb.
Onun şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibbi ekspertizası təyin ediləcək.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində 1580 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılıb.