Belçikada məktəb binasının çökməsi nəticəsində ölənlərin sayı 5-ə yüksəlib.
Unikal.org “Belga”ya istinadən xəbər verir ki, Antverpendə baş verən hadisə zamanı 9 nəfər yaralanıb.
Onların vəziyyəti stabil qiymətləndirilir.
Bildirilib ki, hadisə binada tikinti işləri aparılarkən baş verib. Ölən və yaralılar binada çalışan işçilərdir.