Ermənistan polisi "Ermənistan" (Hayastan) blokunun mərkəzi qərargahında axtarış aparır.

Unikal.org xəbər verir ki, bu barədə şəhər meri Artur Sarkisyan News.am-a danışıb. Onun sözlərinə görə, hüquq-mühafizə orqanları Ermənistanın ikinci prezidenti Robert Koçaryanın rəhbərlik etdiyi blokun qərargah rəhbərlərinin evlərində də axtarış aparır.

Qeyd edək ki,bu gün Ermənistanda erkən parlament seçkiləri keçirilir. Seçkidə iştirak etmək üçün 25 siyasi qüvvə - 21 partiya və 4 blok qeydiyyatdan keçib.