Ermənistanda növbədənkənar parlament seçkilərində keçmiş “KVN”çi və ictimai xadim Armen Qriqoryan saxlanılıb.
Unikal.org erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə “Liberal Partiya”nın etibarlı nümayəndəsi məlumat yayıb.
Məlumatda bildirilib ki, Qriqoryan seçicilərə təzyiq göstərib. Onun bu açıqlamasından sonra keçmiş “KVN”çi polis məntəqəsinə aparılıb.
Məlumata görə, hüquq-mühafizə orqanları əməkdaşları Qriqoryanın mənzilinə baxış keçirirlər.