Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində xarici ölkələrdən elektron qaydada verilən səslərlə bağlı rəsmi məlumat açıqlanıb.
Unika.org xəbər Ermənistan KİV-nə istinadən xəbər verir ki, ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 455 seçicidən 163-ü Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyasına səs verib.
Onun başlıca rəqibi sayılan Ermənistanın keçmiş prezidenti Robetr Koçaryanın “Ermənistan” bloku isə bu səslərdən 135-ni qazana bilib.