Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) dünən keçirilən növbədənkənar parlament seçkilərində səslərin 95,8 faizini hesablayıb.
Unikal.org erməni KİV-nə istinadən xəbər verir ki, ölkənin baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın rəhbəri olduğu “Vətəndaş müqaviləsi” partiyası növbədənkənar parlament seçkilərində səslərin 54,21%-ni toplayıb.
Bu, ümumilikdə 661 736 səs, 2008 seçki məntəqəsinin 1945-dən toplanmış bülletenlər deməkdir.
Robert Koçaryanın rəhbəri olduğu “Ermənistan” bloku isə seçicilərin 20,89 faizini (255 034 nəfər) qazanmaqla ikinci sıradadır.
“Mənim şərəfim var” blokuna 5,25 faiz (Serj Sarqsyan və Artur Vanetsyan), “Çiçəklənən Ermənistan” partiyasına isə (Qagik Tsarukyan) 3,99 faiz seçici səs verib.
***
01:25
Ermənistanda dünən keçirilən növbədənkənar parlament seçkilərində baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın rəhbəri olduğu "Vətəndaş müqaviləsi" Partiyası qalib olub.
Unikal.org xəbər verir ki, bu barədə Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
Qeyd edilir ki, seçki məntəqələrinin 437-nin yaxıd 21 %-nin nəticələrinin hesablanmasından sonra Paşinyanın partiyasının 59,49 % seçici səsi topladığı məlum olub. Seçkilərdə onun əsas rəqibi olan Robert Koçaryanın rəhbərlik etdiyi "Ermənistan" blokuna isə 18,14 % seçici səs verib.
Ermənistanda seçki günü 2 008 seçki məntəqəsi fəaliyyət göstərib. Seçkilərdə bir sıra qanun pozuntuları, hətta silahlı insident - atışma qeydə alınıb. Ermənistanın Baş Prokurorluğu quruma seçki pozuntuları ilə bağlı 319 məlumatın daxil olduğunu açıqlayıb. Öz növbəsində İstintaq Komitəsi də xeyli sayda qanun pozuntusunun aşkarlandığını bildirib.
Səsvermələr seçki fəallığının aşağı olması ilə seçilib. Ermənistan tarixindəki ikinci növbədənkənar parlament seçkilərində 21 partiya və 4 blok iştirak edib.
***00:43
Ermənistanda keçirilən parlament seçkilərində ilkin nəticələr yenilənib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Məlumata görə, hazırda 2008 seçki məntəqəsindən 268-də səslərin sayımı artıq başa çatıb.
Nəticələrə əsasən, Paşinyanın “Vətəndaş sazişi” 61.7%, Koçaryanın “Ermənistan” bloku isə 17.66% səs toplayıb.
***23:37
Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində səslərin sayılması prosesi davam edir.
Unikal.org TASS-a istinadən xəbər verir ki, ölkənin Mərkəzi Seçki Komissiyası səsvermənin ilkin nəticələrini açıqlayıb.
Məlumata əsasən, hazırda Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyası 58.04% səslə irəlidədir.
Onun başlıca rəqibi Robert Koçaryanın “Ermənistan” bloku isə yalnız səslərin 22.01%-ni qazanıb.