Gürcüstanda son sutkada koronavirusa 260 yeni yoluxma halı təsdiqlənib, 15 nəfər vəfat edib.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Ötən 24 saat ərzində daha 834 nəfər müalicə olunaraq sağalıb.
İndiyədək qonşu ölkədə COVID-19 infeksiyası 359 141 nəfərdə aşkarlanıb. Onların 345 582-si sağalıb, 5 175-i isə dünyasını dəyişib.