Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada ATƏT-in Baş katibi Helqa Şmid ilə danışıqlar aparacaq.

Unikal.org xarici  KİV-ə istinadən xəbər verir ki, görüşün gündəliyinə, Qarabağ məsələsi, Dnestryanı münaqişə, Qafqazda sabitlik və digər mövzular daxildir. Lavrov və Şmid ATƏT-in mövcud fəaliyyətini, təşkilatın 2021-ci ilin ikinci yarısında iş planlarını da müzakirə etməyi planlaşdırırlar.

Bu, Baş katibin Rusiyaya ilk səfəridir.