Fransa prezidenti Emmanüel Makron ibtidai məktəblərdən birinə səfər edib.
Unikal.org xəbər verir ki, səfər zamanı məktəblilərlə dialoqa girən prezidentə maraqlı suallar ünvanlanıb. Belə ki, azyaşlılardan biri "Üzünüzə vurulan sillə necə təsir etdi?" sualı, Makronu düşündürüb. Daha sonra o, məktəbliyə yaxınlaşaraq, "Xoş deyil",- deyə cavab verib.
Azyaşlının ölkə başçısına verdiyi sualı Fransa mətbuatında gündəm yaradıb.