“Ermənistan” Bloku növbədənkənar parlament seçkisinin nəticəsini tanımır.
Unikal.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə sözləri “Ermənistan” Blokunun həmsədrlərindən biri olan Vaqe Akopyan deyib. O, seçkinin nəticələri ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edəcəklərini bildirib:
“Seçkinin nəticələri gözlənilməz oldu. Biz onlara şübhə edirik və Konstitusiya Məhkəməsinə müraciət edəcəyik”