Ermənistanın müdafiə naziri vəzifəsini icra edən Vaqarşak Arutyunyan rusiyalı həmkarı Sergey Şoyqu ilə Sünik (Zəngəzur- red.) və Qeqarkunikdəki vəziyyəti, həmçinin sərhəddəki vəziyyətin nizamlanması yollarını müzakirə edib.

Unikal.org xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Şoyqu Arutyunyanı ölkədə keçirilən parlament seçkiləri və hakim komandanın qələbəsi münasibətilə təbrik edib.

Ermənistan və Rusiya müdafiə nazirliklərinin rəhbərləri hərbi sahədə ikitərəfli əməkdaşlığın dinamik inkişafından məmnunluqlarını ifadə ediblər, bu sahədə nəzərdə tutulan proqramların vaxtında və tam icrasının vacibliyini vurğulayıblar.

Telefon danışığı zamanı Arutyunyan və Şoyqu regional problemləri də müzakirə ediblər.