Gürcüstanda ötən sutkada daha 914 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 635 nəfər sağalaraq evə buraxılıb.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 360 055 yoluxma faktı tədiqlənib. Yoluxanların 346 271-si sağalıb.
Son 24 saat ərzində xəstəlikdən 24, ümumilikdə isə 5 199 nəfər vəfat edib.