“Azərbaycanda yeni sayğaclar quraşdırılacaq və bunlar ağıllı sayğaclardır”.
Unikal.org-un məlumatına görə, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” yeni qanun layihəsinin parlamentin bu gün keçirilən plenar iclasında müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, ağıllı sayğaclar vasitəsilə insanlar balanslarını təkcə kartla deyil, həm də internet üzərindən artıra biləcəklər.