Türkiyədə son 24 saatda daha 57 nəfər koronavirusdan həyatını itirib.
Unikal.org xəbər verir ki, bu gün ölkədə 6143 nəfərdə COVİD-19 infeksiyası aşkarlanıb.
Yeni sağalanların sayı 5214, ağır xəstə sayı isə 791 nəfərdir.
Qeyd edək ki, iyunun 21-də Türkiyədə koronavirusa yoluxma sayı 5294, bu xəstəlikdən ölənlərin sayı isə 51 nəfər olub.