Ermənistanın Mərkəzi Seçki Komissiyası iyunun 20-də keçirilmiş növbədənkənar parlament seçkiləri çərçivəsində 70 seçki məntəqəsində səslərin təkrar sayılacağını elan edib.
Bu barədə Unikal.org xarici mətbuata istinadən xəbər verir.
Şikayətlər və müraciətlər əsasında səslərin təkrar sayılması iyunun 23-də həyata keçiriləcək.
Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkiləri iyunun 20-də keçirilib. Səsvermə günü 2 008 seçki məntəqəsi fəaliyyət göstərib. Seçici iştirakı 49,4 % təşkil edib.