Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın onun əleyhinə səsləndirdiyi fikirlərə münasibət bildirməkdən boyun qaçırıb.

Unikal.org  xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

“Mən absurd hücumlar və böhtanlara münasibət bildirmirəm. Bu müddət ərzində kimin nə etməsi, hər şey sənədləşdirilir və qeyd olunurdu. Xatırladım ki, istefamdan bir həftə əvvəl Nikol Paşinyan hökumətin iclasında Xarici İşlər Nazirliyinin səmərəli işini yüksək qiymətləndirdi”, - deyə Ayvazyan bildirib.

Qeyd edək ki, bu gün Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sabiq xarici işlər naziri Ara Ayvazyanı erməni məhbusların geri qaytarılması prosesini pozmaqda günahlandırıb.