Pakistanın Haripur şəhərində torpaq sürüşməsi baş verib.

Unikal.org xəbər verir ki, təbiət hadisəsi nəticəsində ərazidəki zavodda çox sayda insan və  texnika dağıntılar altında qalıb. Müəssisənin üzərinə düşən nəhəng qayalar tikinti texnikasına ziyan vurub.

Bölgədə sakinlərinin sözlərinə görə, zavodda 200-250 nəfər çalışıb. Bu ana kimi yalnız 3 nəfərin cəsədi tapılıb.