Hənifə kəndinin camaatı zəlzələ zərərdidələrinə çatası vəsaitin mənimsənilməsindən hiddətlənib
Balakən rayonunun Hənifə kənd sakinləri bu gün səhərdən başlayaraq öz etirazlarını bildirmək üçün İcra Hakimiyyəti binasının qarşısına toplaşıblar. Bu barədə musavat.com-a rayon sakinlərindən biri xəbər verib. Onun sözlərinə görə, etiraz edənlər 60-70 nəfərdir. Onların hamısı ötənilki zəlzələdən zərər çəkənlərdir və şikayətləri də yerli bələdiyyənin sədri Oqtay Mehdiyevdəndir.
Verilən xəbərə görə, aksiya kənardan diqqəti cəlb etməsin deyə şukayətçiləri İH binasındakı akt zalına toplayıblar. Hənifəlilər zəlzələdən zərər görən insanlara ayrılmış vəsaitin mənimsənilməsindən, evləri zərər çəkməyən insanlara pul vəsaiti ayrılmasından, əsl zərərçəkənlərin isə kənarda qalmasından hiddətlərini bildiriblər.
Mənbə xəbər verir ki, şikayətçilər İH başçısı ilə görüşməık istəsələr də, hələlik başçı iş yerində yoxdur. Hənifə camaatını İH-in digər məsul şəxsləri sakitləşdirməyə çalışırlar.
Digər Xəbərlər
2025-02-23 09:06:25

2025-02-23 08:42:45

2025-02-23 08:22:16
.jpeg)
2025-02-22 22:54:30

2025-02-22 22:41:00

2025-02-22 22:12:59

2025-02-22 20:12:31
2025-02-22 19:13:50

2025-02-22 17:02:00

2025-02-22 16:25:00

2025-02-22 15:40:00

2025-02-22 13:52:05

2025-02-22 13:13:20
.jpg)
2025-02-22 12:46:00

2025-02-22 12:32:44

2025-02-22 12:08:27

2025-02-22 12:07:27

2025-02-22 12:05:39

2025-02-22 11:45:00
