Gürcüstanda son sutkada koronavirusa 773 yeni yoluxma qeydə alınıb, 575 nəfər müalicə olunaraq sağalıb, 12 pasiyent vəfat edib.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Qonşu ölkədə indiyədək COVID-19 infeksiyası 360 828 nəfərdə aşkarlanıb. Onların 346 792-si sağalıb, 5 211-i ölüb.
Ötən 24 saat ərzində 37 923 test yoxlaması aparılıb.